Pakistanda 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 236 min nəfər əhalisi olan Dera-Qazi-Xan şəhərindən 78 km şimal-qərbdə, ocağı 35 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.