Peru ABŞ-dan deportasiya edilən digər ölkələrin vətəndaşlarını həbsxanalarına qəbul etməyəcək.
“Report” xəbər verir ki, bu barədə Cənubi Amerika respublikasının Ədliyyə və İnsan Haqları Nazirliyi məlumat yayıb.
“Ədliyyə və insan haqları naziri Xuan Alkantara ekstradisiya edilmiş və ya təhqiqat aparılan əcnəbilərin cəzalarını çəkmək üçün Peru həbsxanalarına qəbul ediləcəyi ehtimalını istisna edib. O, bu bəyanatı ABŞ-nin bir sıra ölkələrə göndərdiyi və saxlanılan miqrantları qəbul etmələrini xahiş etdiyi sorğu fonunda verib”, – qurumun bəyanatında deyilir.
Nazir təklif olunan variantı əks-məhsuldar və yerli qanunvericiliyə zidd adlandırıb: “Əcnəbilərin Peruya ekstradisiyası o halda mümkündür ki, onlar bu ölkədə cinayət törədiblər”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.