Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində biçilmiş taxıl sahəsində yanğın olması barədə ilkin məlumat daxil olub.
Bu barədə “Report”a FHN-dən bildirilib.
Məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.