Rusiyada Azərbaycana qarşı qərəzli siyasət aparılır – RƏY

Rusiyada Azərbaycana qarşı qərəzli siyasət aparılır, Azərbaycanın əldə etdiyi uğurlar bir sıra ölkələri, o cümlədən Rusiyanı narahat edir.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.

Deputat bildirib ki, son zamanlar Azərbaycana qarşı təzyiqlər artır: “Biz bunu AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasında, kiberhücumlarda və digər hallarda müşahidə etmişik. Eyni zamanda etnik azərbaycanlılara qarşı zorakılıq və ayrı-seçkilik halları baş verir. Bütün bunlar göstərir ki, Azərbaycanın uğurları qısqanclıq doğurur. Biz belə siyasəti qəbul etmirik. Azərbaycan bərabərhüquqlu münasibətlərin tərəfdarıdır. Bu cür hadisələr ölkələrimiz arasında münasibətlərə təsirsiz ötüşməyəcək. Biz bu siyasəti tənqid edir və qarşı tərəfdən daha praqmatik yanaşma gözləyirik”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More