“Turan Tovuz” yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq

“Turan Tovuz” yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq.

Klubdan “Report”a verilən məlumata görə, komanda iyulun 1-də Hünər təlim-məşq bazasında çalışmalara start verəcək.

Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək qərb təmsilşisi iyulun 6-da Türkiyəyə yola düşəcək.

Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq tovuzlular iyulun 19-dək məşqlərini burada davam etdirəcək.

Türkiyə toplanışının ikinci mərəhələsi isə Bolu bölgəsində həyata keçiriləcək. “Von Resort Abant” otelində məskunlaşacaq bölgə klubunun Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında baş tutacaq. Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More