Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxması ilə bağlı qərarını qüvvəyə mindirən fərman imzalayıb.
“Report” xəbər verir ki, bu barədə Ali Radanın deputatı Roman Kostenko sosial şəbəkədəki hesabında paylaşım edib.
“Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Ottava Konvensiyasından – piyada əleyhinə minaların istifadəsini, yığılmasını və istehsalını qadağan edən beynəlxalq müqavilədən çıxması barədə qərarını qüvvəyə mindirən fərman imzalayıb”, – parlamentari yazıb.
O qeyd edib ki, məsələnin Ali Radada müzakirə ediləcəyi gözlənilir.
Bundan əvvəl Finlandiya, Estoniya, Latviya, Litva və Polşa Ottava Konvensiyasından çıxdıqlarını bəyan ediblər.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.