İlin sonunadək 5 sosial xidmət mərkəzinin açılması planlaşdırılır.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bununla da həmin mərkəzlərin sayı 10-a çatdırılacaq.
“Agentliyin prioritetlərindən ən əsası sosial xidmətlər şəbəkəsinin genişləndirilməsidir. Sosial sifarişlər çərçivəsində təşkil olunan əlilliyi müəyyən edilmiş uşaqların sosial reabilitasiyası mərkəzləri və günərzi qayğı mərkəzlərinin də sayının artırılması, 30-dan 45-ə çatdırılmasını planlaşdırılır”, – deyə Agentlik sədri vurğulayıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.