İngiltərənin “Arsenal” və İtaliyanın “Yuventus” klublarının sabiq futbolçusu Aaron Remzi karyerasını Meksikada davam etdirəcək.
“Report” “The Atletic” nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi sözügedən ölkənin “Unam Pumas” klubu ilə “1+1” illik müqavilə bağlayacaq.
Uels millisinin üzvü ötən mövsümü ölkəsinin “Kardiff” klubunda keçirib. Karyerası ərzində ən çox “Arsenal”ın (369 oyun) heyətində meydana çıxan Remzi 64 qol vurub və 60 məhsuldar ötürmə edib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.