“Atletiko” futbolçusu ilə vidalaşdığını açıqlayıb

İspaniya millisinin sabiq futbolçusu Sezar Aspilikueta “Atletiko”dan (Madrid) ayrılıb.

“Report” xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 35 yaşlı müdafiəçi 2023-cü ildən “Atletiko”da çıxış edirdi. Paytaxt təmsilçisinin heyətində 53 oyuna çıxan futbolçu bu müddətdə 1 qol vurub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More