Hazırda ölkədə 444 nəfər uşaq evində yaşayır.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 1077 nəfər nazirliyin tabeliyinə verildikdən sonra onlara sosial xidmətlər göstərilib.
Bundan başqa, o məlumat verib ki, hazırda 1353 nəfər sosial xidmət mərkəzlərində qeydiyyata alınıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.