Bakıda gənc basketbol hakimləri üçün təlim proqramına start verilib

Bakıda gənc basketbol hakimləri üçün təlim proqramına start verilib.

Bu barədə “Report”a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

İyundan etibarən Azərbaycan Basketbol Hakimləri İttifaqının sədri, beynəlxalq (FİBA) dərəcəli hakim Ələkbər Həsənovun rəhbərliyi ilə gənc hakimlər üçün onlayn və praktiki məşğələlərə start verilib.

Təlimlər zamanı iştirakçılara yeni qaydalar, meydanda qərarvermə mexanizmləri və oyunun idarə olunması ilə bağlı praktiki biliklər aşılanır.

Ümumilikdə 10 gənc hakimin iştirak etdiyi bu təlim proqramında əsas məqsəd gənc referilərin nəzəri və praktik biliklərini artırmaq, onların yeni basketbol mövsümündə uşaq basketbol liqalarında fit sahibi olmalarını təmin etməkdir.

Qeyd edək ki, məşğələlər sentyabra qədər davam edəcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More