Braziliya klubu baş məşqçisi ilə yolları ayırıb

Braziliyanın “Botafoqo” klubu baş məşqçisi Renato Payva ilə yolları ayırıb.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis klublararsı dünya çempionatının 1/8 finalında Braziliya A Seriyasının digər təmsilçisi “Palmeyras”a məğlubiyyətdən sonra postunu tərk edib.

Qeyd edək ki, R.Payva 2025-ci ilin fevralından komandanı çalışdırırdı. O, daha öncə Ekvadorun “İndependyente”, Meksikanın “Leon” və “Toluka”, həmçinin Braziliya təmsilçisi “Baya”da baş məşqçi kimi fəaliyyət göstərib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More