DİN-in “Sputnik-Azərbaycan”ın ofisində əməliyyatdan – FOTOREPORTAJ – VİDEO

Daxili İşlər Nazirliyinin “Sputnik-Azərbaycan” agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində polis əməkdaşları redaksiyanın qarşısında dayanıblar.

“Report”un hadisə yerində olan müxbirinin məlumatına görə, redaksiyanın ətrafında bir neçə polis avtomobili də var.

Xatırladaq ki, iyunun 30-da “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilməsi barədə məlumat daxil olub.

Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, “Rossiya Segodnya”nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Ancaq buna baxmayaraq, “Sputnik-Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More