Hacıqabulda avtomobil aşıb, ölən və xəsarət alan var

Hacıqabulda avtomobil aşıb.

“Report”un xəbərinə görə, 1991-ci il təvəllüdlü Mənəfov Şahid Müşfiq oğlu idarə etdiyi “Opel Astra” minik markalı avtomobili Padar Qışlaq kəndi ərazisində aşırıb.

Nəticədə sürücü Şahid Mənəfov hadisə yerində ölüb, avtomobildə olan sərnişin – 1999-cu il təvəllüdlü Xəlilli Xəyal Valeh oğlu bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More