Hindistanın cənubunda yerləşən Heydərabad şəhərindəki “Sigachi Pharma Company” kimya müəssisəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.
Zavodda reaktorun partlaması nəticəsində baş verən yanğında çoxlu sayda yaralının olduğu bildirilsə də, onların dəqiq sayı hələlik açıqlanmır.
Hadisə yerində xilasetmə işləri aparılır.
Hindistanın cənubunda yerləşən Telanqana ştatında kimya zavodunda sənaye qurğusunun partlaması nəticəsində baş verən yanğında ən azı 10 işçi həlak olub, 20 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə “Press Trust of India” agentliyi məlumat yayıb.
Hadisə Paşamilaram şəhərində “Sigachi Industries” şirkətinin müəssisəsində baş verib. Yanğınsöndürən briqadalar və xilasetmə qrupları hadisə yerinə göndərilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.