İsrail Qəzza və Cəbaliyə sakinlərini bölgəni tərk etməyə çağırıb

İsrail Müdafiə Qüvvələri (IDF) bu gün Qəzza zolağındakı Qəzza və Cəbaliyə şəhərlərinin əhalisinə müraciət edərək döyüş əməliyyatları ilə əlaqədar bu əraziləri tərk etməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks” Yaxın Şərq KİV-inə istinadən bildirib.

“IDF bu ərazilərdə böyük qüvvə ilə fəaliyyət göstərir. Hərbi əməliyyatlar davam edəcək, güclənəcək. Təhlükəsizliyiniz üçün dərhal qərbə, sonra isə ər-Rəşid yolu ilə cənuba gedin”, – IDF-in nümayəndəsi Avichai Adraee bildirib.

Bu arada KİV Qəzza zolağının şimalında kütləvi bombardmanlar barədə məlumat verir. Bəzi məlumatlara görə, İsrail tankları Qəzza şəhərinin şərqindəki əz-Zeytun ərazisinə daxil olub. Fələstin tərəfi bildirib ki, iyunun 30-da İsrailin endirdiyi zərbələr nəticəsində 25 nəfər həlak olub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More