İsrailin hücumları nəticəsində İranda ölənlərin sayı 935 nəfərə çatıb

İsrail Silahlı Qüvvələrinin İran ərazisinə zərbələri nəticəsində ölənlərin sayı 935 nəfərə çatıb.

“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın məhkəmə orqanının rəsmi nümayəndəsi Əsgər Cahangir bildirib.

“İsrailin ABŞ ilə birlikdə hücumları nəticəsində İranda təxminən min nəfər həlak olub. Məhkəmə ekspertizasının son məlumatlarına görə, 935 qurban qeydə alınıb”, – o qeyd edib.

Onların 38 nəfərini uşaqlar, 102 nəfərini isə qadınlar təşkil edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More