ABŞ Prezidenti Donald Tramp gün ərzində Suriyaya qarşı Amerika sanksiyalarının yumşaldılması haqqında fərman imzalayacaq.
“Report” xəbər verir ki, bu barədə Ağ Evdə akkreditə olunmuş CBS telekanalının müxbiri Cennifer Ceykobs “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Bu gün Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı fərman imzalayacaq”, – paylaşımda bildirilir.
Xatırladaq ki, mayın 4-də Tramp Ər-Riyadda Suriyanın müvəqqəti başçısı Əhməd əş-Şaraa ilə danışıqlar aparıb. Bu da 25 il ərzində bu iki ölkənin rəhbərlərinin ilk görüşü olub. ABŞ lideri elan edib ki, Vaşinqton Hafiz Əsəd və onun oğlu Bəşər Əsədin hakimiyyəti dövründə Dəməşqə qarşı tətbiq edilən məhdudiyyətlərin ləğvinə başlayacaq.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.