Pakistan İsrailin İrana qarşı təcavüzünü, eləcə də ABŞ-nin Tehranın nüvə infrastruktur obyektlərinə hücumunu pisləyib.
“Report” xəbər verir ki, bunu Pakistanın baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar deyib.
Onun sözlərinə görə, Pakistan Yaxın Şərqdə baş verən son hadisələrdən narahatdır: “Son dərəcə təhlükəli eskalasiya təşkil edən bu hərəkətlər BMT Nizamnaməsi və beynəlxalq hüququn pozulmasıdır. Bu, bütün region üçün potensial olaraq ağlasığmaz nəticələrə səbəb ola bilərdi”.
O əlavə edib ki, ABŞ və İsrailin hərəkətləri dövlətlərarası davranışın müəyyən edilmiş normalarını ciddi şəkildə pozub və bütün regionu potensial olaraq ağlasığmaz nəticələrin alovlanmasına məruz qoyub.
Nazir qeyd edib ki, Tehran da öz növbəsində konstruktiv və praqmatik yanaşma nümayiş etdirib və bunun sayəsində münaqişənin daha da genişlənməsinin qarşısını almaq mümkün olub:
“Biz bir daha vurğulayırıq ki, bütün maraqlı tərəflər konstruktiv şəkildə iştirak etməli, bütün həll olunmamış fikir ayrılıqlarını, mübahisələri dialoq, diplomatiya və sülh yolu ilə həll etməlidirlər”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.