Rəsmi Vaşinqton və Yeni Dehli 2025-ci ilin payızında hərtərəfli ticarət sazişi imzalaya bilər.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilir ki, tərəflər kənd təsərrüfatı məhsulları və enerji resursları, eləcə də bəzi rüsumların ləğvi ilə bağlı artıq müəyyən razılaşmalar əldə ediblər. Payızda daha əhatəli razılaşmanın əldə oluna biləcəyi gözlənilir. Onların fikrincə, danışıqlar ABŞ Prezidenti Donald Trampın administrasiyasının Hindistandan ticarət maneələrini azaltmaq xahişi və bunun müqabilində yalnız Vaşinqtonun son vaxtlar tətbiq etdiyi bəzi rüsumların ləğvi təklifi ilə mürəkkəbləşib.
Nəşr iddia edir ki, Tramp da Hindistan və Pakistan arasında müharibənin qarşısını ala bildiyini müntəzəm olaraq qeyd etməklə ticarət danışıqlarını çətinləşdirir. O, Nyu-Dehlinin Amerika liderinin vasitəçiliyinin tələb olunmadığı barədə dəfələrlə açıqlamalarına baxmayaraq, bu iddianı irəli sürür. Hindistan rəsmiləri dəfələrlə qeyd ediblər ki, Pakistanla Kəşmir məsələsini həlli üçün Yeni Dehlinin üçüncü tərəfin vasitəçiliyinə ehtiyacı yoxdur.
ABŞ lideri iyunun 27-də bildirib ki, Birləşmiş Ştatlar Hindistanla tezliklə ticarət razılaşmaları əldə etməyə ümid edir. “Gələcəkdə əla sövdələşmələrimiz var. Ola bilsin, Hindistanla sövdələşə bilərik. Çox böyük bir iş. Biz Hindistanı Amerika biznesinə açacağıq”, – o, təfərrüatları açıqlamadan deyib.
Mart ayında Vaşinqton administrasiyasının başçısı əmin edib ki, Hindistan hakimiyyəti Amerika məhsullarına rüsumları əhəmiyyətli dərəcədə azaltmaq niyyətindədir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.