“Qarabağ” bu gün yoxlama oyununda “Zirə” ilə üz-üzə gələcək

Azərbaycanı avrokuboklarda təmsil edəcək “Qarabağ” və “Zirə” komandaları bu gün yoxlama oyununda üz-üzə gələcəklər.

“Report”un məlumatına görə, qarşılaşma “Azərsun Arena”da təşkil olunacaq.

Matç saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

“Zirə” isə Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi “Hayduk”un müqavimətini qırmağa çalışacaq. İlk matç iyulun 23-də, saat 19:30-da “Bakcell Arena”da keçiriləcək. Komandalar arasında cavab görüşü iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More