Futbolçular “Zirə” ilə matçda qəbuledilməz səhvlərə yol verdilər.
“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə”ilə keçirilən yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib.
Təcrübəli mütəxəssis qarşılaşmanın maraqlı məcrada keçdiyini bildirib:
“Baxımlə oyun alındı. Xüsusi ilə “Zirə” ilk hissədə yaxşı təsir bağışladı. Hətta deyərdim ki, bizdən daha hazırlıqlı idilər. İkinci hissə daha fərqli oldu və ardıcıl qollar vurduq. Bununla belə, səhvlərimiz çox oldu. Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil. Bu da gözlənilən idi. Ümumi götürsək, pis çıxış etmədik. Lakin bəzi qəbuledilməz səhvlərimiz oldu. Buni görməyimiz yaxşı idi ki, qarşıdakı zamanda bu səhvlərin üzərində işləyək”.
Qeyd edək ki, “Qarabağ” bu gün “Azərsun Arena”da keçirilən yoxlama oyununda “Zirə”yə 4:0 hesabı ilə qalib gəlib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.