“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir

“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.

“Report” xəbər verir ki, hazırda istintaq tədbirləri aparılır.

Daxili İşlər Nazirliyindən “Report”a faktı təsdiqləyiblər.

Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, “Rossiya Segodnya”nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Ancaq buna baxmayaraq, “Sputnik-Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More