Türkiyədə mərasim zamanı 52 nəfər qidadan zəhərlənib.
Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, hadisə Samsun şəhərində qeydə alınıb. İncirli Məhəlləsində ziyafət zamanı qonaqlardan 52-də ürəkbulanma və qusma qeydə alınıb.
Zərərçəkənlər Alaçam Dövlət Xəstəxanasına müraciət edib. Xəstəxanada aparılan müayinə və müalicələrdən sonra zərərçəkənlər evə buraxılıb.
Qeyd olunur ki, ziyafət zamanı qonaqlara verilən yeməklərdən nümunələr götürülüb, araşdırma aparılır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.