U15 Avropa çempionatının qalibi olan Azərbaycan millisi Vətənə qayıdıb

İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatında birinci yer tutan Azərbaycan millisi Vətənə qayıdıb.

“Report” xəbər verir ki, Heydər Əliyev Aeroportunda idmançıların qarşılanma mərasimi keçirilib.

Mərasimdə güləşçilərin yaxınları, idman azarkeşləri, mətbuat təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası U15 Avropa çempionatında 1 qızıl, 2 gümüş, 3 bürünc medal qazanıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More