Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Ukrayna Kanadadan “Extraordinary Revenue Acceleration” (ERA) təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard ABŞ dolları (2,3 milyard Kanada dolları) alıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal teleqram kanalında bildirib.

“İlin əvvəlindən son tranş da daxil olmaqla, Rusiyanın dondurulmuş aktivləri hesabına təxminən 17,6 milyard dollar əldə etmişik”, – o yazıb.

D.Şmıqal vurğulayıb ki, Ukrayna Rusiyanın dondurulmuş vəsaitlərinin tam müsadirəsində israr edir: “Bu vəsaitlər zərərçəkənlərə kompensasiyaların ödənilməsi və dövlətimizin bərpası üçün lazımdır. Bu, həmçinin gələcəkdə təcavüzkar müharibələrin qarşısını almaq üçün ədalət aktı olacaq”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More