ABŞ-də iki Çin vətəndaşı casusluq şübhəsi ilə həbs edilib.
“Report“un məlumatına görə, bu barədə Fox News telekanalı ABŞ Ədliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, onlar ABŞ hərbi qulluqçuları və Hərbi Dəniz Qüvvələri bazaları haqqında məxfi məlumatların toplanmasında, həmçinin amerikan hərbçilərini ÇXR Dövlət Təhlükəsizliyi Nazirliyinə işləmək üçün cəlb etməkdə ittiham olunurlar.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.