Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb

Ağcabədi rayonunda 17 yaşlı oğlan kanalda batıb.

“Report” – un Qarabağ bürosunun məlumatına görə, hadisə Qarabağ kanalının rayonun Salmanbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, içkili vəziyyətdə olduğu ehtimal edilən kəndin 17 yaşlı sakini Anar Əmirov kanalda batıb.

A Əmirovun axtarışına FHN-nin Aran Dalğıc Axtarış qrupu cəlb edilib.

Hazırda onun meyitinin kanaldan çıxarılması üçün axtarışlara başlanılıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More