Amerikalı milyarder İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni siyasi partiya yaratmağa çağırıb.

“Report” xəbər verir ki, bu barədə Mask “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Borc tavanını rekord həddə 5 trilyon dollar artıran bu qanun layihəsinə çılğın xərcləmələr bir partiyalı dövlətdə yaşadığımızı açıq şəkildə göstərir”, – deyə o qeyd edib.

O, əlavə edib ki, yeni siyasi partiyanın yaranmasının vaxtı çatıb: “Fikrincə, o, əslində xalqın qayğısına qalacaq”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More