Qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.
“Report”un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma səfərdə Belarusla üz-üzə gəlib.
Minskdəki “Traktor” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 2:0.
Qeyd edək ki, Belarusda təlim-məşq toplanışında olan Azərbaycan millisi iyunun 28-də bu rəqibə 0:3 hesabı ilə uduzub.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.