Naxçıvan Muxtar Respublikasının Babək şəhərində fəaliyyət göstərən kafedə ötən günlərdən qalmış dönərin təkrar termiki emala məruz qoymaqla satışının həyata keçirildiyi aşkarlanıb.
“Report”un yerli bürosu xəbər verir ki, Muxtar Respublikanın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Babək şəhərində fəaliyyət göstərən Süleymanzadə Xətai Məhərrəm oğluna məxsus kafedə gigiyenik qaydalara əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə və temperatur rejiminə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, ötən günlərdən qalmış dönərin təkrar termiki emala məruz qoymaqla satışının həyata keçirildiyi aşkarlanıb.
Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafedə dönər xidməti məhdudlaşdırılıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.