Baş nazirin müavini: Azərbaycan çoxtərəfli iqlim əməkdaşlığının gücləndirilməsini öhdəsinə götürür

Azərbaycan dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün çoxtərəfli əməkdaşlığı, o cümlədən Cənub-Cənub və üçtərəfli əməkdaşlıq formatlarını gücləndirməyi öhdəsinə götürür.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov İspaniyanın Sevilya şəhərində keçirilən BMT-nin İnkişafın Maliyyələşdirilməsi üzrə 4-cü Qlobal Konfransında (FFD4) çıxışı zamanı bildirib.

“Biz, həmçinin inkişafın maliyyələşdirilməsi üzrə yenilənmiş qlobal strukturun yaradılmasını dəstəkləyirik”, – o qeyd edib.

S.Şərifov vurğulayıb ki, mürəkkəb milli inkişaf gündəliyinə malik olmasına baxmayaraq, Azərbaycan dayanıqlı inkişaf naminə beynəlxalq əməkdaşlıqda fəal iştirak edir: “Ölkə ikitərəfli əsasda, həmçinin Beynəlxalq İnkişaf Bankı və digər beynəlxalq təşkilatlar vasitəsilə yardım göstərir. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə və Afrika ölkələrinə dəstək verməyə xüsusi diqqət yetirir. Son beş il ərzində göstərilən yardımın ümumi həcmi 350 milyon dolları keçib”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More