Bilyardın “Pool Nine Ball” növü üzrə Bakı çempionatının qalibləri bəlli olub

Bilyardın “Pool Nine Ball” növü üzrə Bakı şəhər çempionatı başa çatıb.

Bu barədə “Report”a Azərbaycan Bilyard Federasiyasının (ABF) mətbuat xidmətindən məlumat verilib.

Yarış ABF-nin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub. Kişilər arasında Murad Fəttayev birinci yeri tutub. Elnur Nuriyev ikinci, Ruslan Əmiraslanov və Orxan Rzayev üçüncü olublar.

Qadınlardan Mina Nəsirova birinci yeri tutub. Zəhra Abbasova ikinci, Valeriya Konkina və Zəminə Yolçuzadə üçüncü pillədə qərarlaşıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More