Bu ilin 6 ayı ərzində Azərbaycanda qızılcaya yoluxma qeydə alınmayıb – RƏSMİ

Bu ilin ilk 6 ayı ərzində Azərbaycanda qızılcaya yoluxma halı qeydə alınmayıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, ölkədə qızılcaya qarşı müalicə-profilaktika müəssisələri tərəfindən peyvəndləmə tədbirləri davam etdirilir: “Bunun nəticəsində son aylarda respublika ərazisində qızılca xəstəliyinə yoluxma halları qeydə alınmayıb”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More