BVF Ukraynaya yarım milyard dollar kredit ayrılmasını təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun icraçı direktorlar şurası ölkə iqtisadiyyatının səkkizinci icmalı çərçivəsində Ukrayna ilə sazişləri təsdiqləyib.

“Report” quruma istinadən xəbər verir ki, rəsmi Kiyev 2023-cü ilin martında təsdiq edilmiş genişləndirilmiş fond proqramı çərçivəsində 500 milyon dollar həcmində daha bir tranş alacaq.

Qeyd olunub ki, vəsait büdcənin dəstəklənməsi üçün istifadə olunacaq.

“BVF”nin kredit proqramı çərçivəsində ödənişlərin ümumi məbləği təxminən 10,6 milyard dollar təşkil edəcək.

Qeyd edək ki, 2023-cü ilin martında “BVF” Ukrayna üçün 15,6 milyard dollar məbləğində dörd illik maliyyələşdirmə proqramını təsdiqləyib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More