Azərbaycan region ölkələri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsində mühüm rol oynayır və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) məqsədlərinin irəlilədilməsinə fəal şəkildə kömək edir.
Bu barədə ECO-nun Baş katibi Əsəd Məcid Xan təşkilatın Ağdamda keçirilən ilk gənclər forumu çərçivəsində “Report”un əməkdaşına bildirib.
“Azərbaycan hökumətinə və xalqına qonaqpərvərliyə görə təşəkkür edirəm. Biz Qarabağ regionunda, Ağdamda olmağımıza çox şadıq. Bu, Azərbaycanın təşkil etdiyi artıq üçüncü ECO sammiti olub. Ölkənizin təşkilatımızın fəaliyyətinə verdiyi töhfəyə görə dərin minnətdarlığımızı bildiririk. Azərbaycan regionda əlaqələrin gücləndirilməsinə, həmçinin davamlı inkişafın və rifahın təşviqinə fəal şəkildə töhfə verir”, – Baş katib vurğulayıb.
Məlumat yenilənir
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.