Əfqanıstanın yeni səfiri Moskvaya gedib

Əfqanıstanın Rusiyadakı yeni səfiri Qul Həsən Moskvaya gedib.

“Report” xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.

“Bəli, o, Moskvaya gəlib”, – agentliyin həmsöhbəti bildirib.

O qeyd edib ki, diplomat tezliklə vəzifələrinin icrasına başlayacaq.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin müşaviri, Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bildirmişdi ki, Qul Həsən zəruri protokol prosedurlarını keçdikdən sonra ölkəsinin səlahiyyətli səfiri kimi fəaliyyətə başlayacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More