İngiltərə klubu Arrisabalaqanı transfer edib

“Arsenal” klubu İngiltərənin digər təmsilçisi “Çelsi”nin qapıçısı Kepa Arrisabalaqanı transfer edib.

“Report” xəbər verir ki, bu barədə London klubu məlumat yayıb.

Müqavilənin müddəti açıqlanmasa da, “Transfermarkt”ın məlumatına görə, anlaşma 2028-ci ilin yayına qədər nəzərdə tutulub. “Arsenal” ispaniyalı qolkiper üçün qarşı tərəfə 5 milyon avro ödəyib.

Qeyd edək ki, K.Arrisabalaqa 2024/25 mövsümündə “Bornmut”da icarə əsasında çıxış edib. O, 35 oyunda 43 qol buraxıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More