Qaxda gölə düşən traktorun sürücüsü ölüb

Qaxda gölə düşən traktorun sürücüsü ölüb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qıpçaq kəndində baş verib.

Belə ki, kənd sakini Adil İsaq oğlu Bayramov sahədə iş görən zaman traktorla birlikdə gölə düşüb. Traktordan çıxa bilməyən sürücü boğularaq ölüb.

A.Bayramovun meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More