Rusiya XİN: “3+3” formatını Cənubi Qafqazda qarşılıqlı əlaqələrin artırılması üçün vacib hesab edirik

Rusiya “3+3” formatını Cənubi Qafqaz regionunda qarşılıqlı əlaqələrin artırılması, ölkələr və iştirakçılar arasında qarşılıqlı maraq doğuran sahələrdə ardıcıl və harmonik əməkdaşlığın təmin edilməsi üçün vacib hesab edir.

“Report” yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə IV departamentinin direktor müavini Dmitri Masyuk “Maşuk” bilik mərkəzində Qorçakov Fondunun “Qafqaz dialoqu” elmi-təhsil proqramının açılışında bildirib.

“Gələcəkdə bu formatı Avrasiya təhlükəsizlik arxitekturasının dayaq elementlərindən biri kimi nəzərdən keçiririk. Əminik ki, qapıları açıq qalan Gürcüstan da daxil olmaqla, bütün üzvlərin “3+3″ işində fəal iştirakı bütün regionun uğuru və rifahının təminatı olacaq”, – deyə o qeyd edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More