Son altı ayda sel və daşqın hadisələrinin sayı ötən illə müqayisədə azalıb

Bu ilin altı ayı ərzində ölkə ərazisində 49 dolu hadisəsi qeydə alınıb.

Bunu “Report”un sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, ötən dövr ərzində çaylarda 24 sel hadisəsi baş verib.

G.Məmmədova vurğulayıb ki, 2024-cü ilin analoji dövrü ərzində ölkə ərazisində 141 dolu, çaylarda 59 sel hadisəsi qeydə alınıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More