“Sputnik Azərbaycan”da saxlanılan şəxslərlə bağlı məhkəməyə təqdimat daxil olub

“Sputnik Azərbaycan”da əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousovun məhkəmələri keçiriləcək.

“Report”un məlumatına görə, sözügedən təqdimata Xətai Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, “Rossiya Segodnya”nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib.

O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Ancaq buna baxmayaraq, “Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

Məlumata görə, “Sputnik Azərbaycan”da əməliyyat nəticəsində binadan çıxarılan şəxslər direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousovdur.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More