Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Bağırova Aygün Sirac qızının həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilir. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More