Amerika düyü almaqdan imtina etdiyi üçün Yaponiya ilə ayrıca ticarət sazişi bağlamayacaq.
“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Başqa sözlə, biz onlara sadəcə məktub göndərəcəyik. Biz uzun illər onlarla ticarət tərəfdaşı kimi qarşılıqlı əlaqədə olmaqdan məmnun qalacağıq”, – deyə o qeyd edib.
Trampın sözlərinə görə, Tokionun davranışı ölkələrin ABŞ-a münasibətdə necə korlanmış olduğunu göstərir. Eyni zamanda Tramp əmin edib ki, Yaponiyaya böyük hörmət bəsləyir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.