Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) Udmurtiyada (Rusiya) müəssisəyə hücumu nəticəsində 3 nəfər həlak olub, 30-dan çox insan xəstəxanaya yerləşdirilib.
“Report”un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Udmurtiyanın başçısı Aleksandr Breçalov məlumat verib.
“Təəssüf ki, 3 nəfər həlak olub. Hazırda 35 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 10-u ağır vəziyyətdədir”, – region rəhbəri bildirib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.