ABŞ və Hanoy ikitərəfli ticarət məsələləri üzrə razılaşma əldə ediblər

Vaşinqton və Hanoy ikitərəfli ticarət məsələləri üzrə razılaşma əldə ediblər.

“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

“Mən indicə Vyetnamla ticarət müqaviləsi bağladım. Təfərrüatlar sonra veriləcək”, – o qeyd edib.

Tramp aprelin 4-də bildirib ki, Vyetnam rəhbərliyi ABŞ mallarına tətbiq edilən bütün tarifləri qaldırmağa hazır olduğunu deyib.

ABŞ hakimiyyətinin məlumatına görə, 2024-cü ilin sonuna ABŞ və Vyetnam arasında ticarət dövriyyəsi təxminən 149,6 milyard dollar təşkil edib. ABŞ-dən Vyetnama tədarük 13,1 milyard dollar, Vyetnamdan ABŞ-yə isə 136,6 milyard dollar dəyərində qiymətləndirilir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More