AEBA İrandan əməkdaşlığın dayandırılması barədə rəsmi təsdiq gözləyir

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın agentliklə əməkdaşlığını dayandırması barədə media məlumatlarından xəbərdardır və Tehrandan rəsmi məlumat gözləyir.

“Report”un “TASS”a istinadən yaydığı xəbərə görə, bu barədə AEBA-nin mətbuat xidmətinin rəhbəri Fredrik Dal məlumat verib.

“Biz müvafiq media məlumatlarından xəbərdarıq. AEBA İrandan əlavə rəsmi məlumat gözləyir”, – deyə o, Prezident Məsud Pezeşkianın agentliklə əməkdaşlığın dayandırılması haqqında qanunu imzalaması barədə məlumatlarına cavab verib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More