İyulun 5-də Bakıda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil ediləcək.
“Report” xəbər verir ki, bu barədə ACF-nin mətbuat xidməti məlumat yayıb.
Milli komandaların Təlim-Məşq Mərkəzində (ACF-nin inzibati binası) gerçəkləşəcək imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi isə müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.
Hazırlaşmaq üçün fəndlər cədvəli, videolar və yaş qrupu üzrə cədvəl qurumun rəsmi saytında yerləşdirilib. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Bildirilib ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.