Azərbaycanın Sağlam Şəhərlər Təşəbbüsünə qoşulması yaxşı olardı.
“Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı iyulun 2-də Laçında ECO Qadınlar Forumu çərçivəsində keçirilən “Şəhərsalmanın inkişafında qadınların rolu” adlı panel sessiyada deyib.
Onun sözlərinə görə, qadınlar iqlim dəyişikliklərindən daha çox əziyyət çəkir:
“Qadınların bu sahədə aktivliyinə sərmayə yatırılmalıdır. Onlar şəhərlərin idarəçiliyində təmsil olunmalıdırlar. Həmçinin qadınların səsi dinlənilməli və hörmətlə yanaşılmalıdır. Ümid edirəm ki, Azərbaycan Sağlam Şəhərlər Təşəbbüsünə qoşulacaq. Xüsusən Qarabağda bu barədə təcrübəmizi bölüşməyə hazırıq. Biz təhlükəsiz şəhərlər qurmalıyıq”.
Azərbaycan Xarici İşlər Nazirliyin İqtisadi əməkdaşlıq idarəsinin rəisi, tədbirin moderatoru Elmar Məmmədov isə Hande Harmancıya cavab olaraq deyib ki, hazırda Ümumdünya Səhiyyə Təşkilatı ilə sözügedən istiqamətdə danışıqlar aparılır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.