Azərbaycan Yekaterinburq hadisələri ilə bağlı Rusiyanın müvafiq qurumlarına müraciət edib

Azərbaycan Yekaterinburq hadisələri ilə bağlı Rusiyanın müvafiq qurumlarına müraciət edib.

Report” xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokurorluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müraciətdə Rusiyanın səlahiyyətli orqanlarından müvafiq istintaq hərəkətlərinin aparılması xahiş edilib:

“Biz həmçinin müvafiq ekspertizaların aparılmasını, ümumi baxışların keçirilməsini də Rusiyadan xahiş etmişik”

N.Əzizov Azərbaycan Rusiya tərəfinin daha sürətli istintaq və araşdırma hərəkətlərinə başlayacağına ümid etdiyini vurğulayıb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More